REGİONLAR


Hacıqabulda 51 mindən çox rayon sakini kütləvi tibbi müayinədən keçib

Hacıqabul, 17 may, Mahir Babayev, AZƏRTAC 

Hacıqabulda əhalinin kütləvi tibbi müayinəsi başa çatıb. Fevralın 12-dən mayın 15-dək rayonun 31 yaşayış məntəqəsində 51 min 529 nəfər tibbi müayinədən keçirilib ki, bu da 18 yaşından yuxarı əhalinin 96,2 faizini təşkil edir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, humanitar aksiyanı mütəşəkkil başa çatdırmaq üçün rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində, qəsəbə, kənd sahə tibb məntəqələrində əvvəlcədən nümunəvi şərait yaradılıb, təcrübəli həkim, orta tibb işçiləri aksiyaya cəlb olunub. Müayinələr tərtib olunan qrafikə uyğun aparılıb. Həyata keçirilən təbliğat və təşkilat işləri nəticəsində rayonun bütün yaşayış məntəqələrinin sakinləri aksiyada fəal iştirak edərək tibbi müayinədən keçiblər. Yoxlamalar zamanı 2 min 623 nəfərin səhhətində müəyyən problemlər ortaya çıxıb. Onlardan 2 min 170 nəfər ambulator, 302 nəfər stasionar müalicəyə cəlb olunub, 58 nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb. Rayon şəraitində müalicəsi mümkün olmayan 93 xəstə isə Bakı şəhərindəki ixtisaslaşdırılmış klinikalara göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.