REGİONLAR


Hacıqabulda 6 min tut tingi əkiləcək

Hacıqabul, 10 dekabr, Mahir Babayev, AZƏRTAC

Çindən gətirilmiş 6 min tut tingi Hacıqabul rayonunun ayrı-ayrı yaşayış məntəqələrində kümçülərə paylanılıb və əkinə başlanılıb. Məqsəd baramaçılığın yem bazasını təşkil etməkdir. Yeni tinglərin əkilməsi ilə yanaşı, mövcud tut bağlarına da aqrotexniki qaydada qulluq göstərilir.

Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il rayonda ilk dəfə olaraq ipəkqurdu bəslənilib və 250 kiloqram barama istehsal edilib. Cari ildə isə 1924 kiloqram barama istehsal olunaraq qəbul məntəqələrinə göndərilib.

Rayonda bu gəlirli sahənin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, yeni-yeni tut bağları salınır, ipəkqurdunun bəslənməsi üçün tikililər inşa olunur. Baramaçılığın inkişaf etdirilməsində əsas amil olan yem bazasının möhkəmləndirilməsi üçün ötən il rayonun ayrı-ayrı kəndlərində 5 min tut tingi əkilib. Bu istiqamətdə işlər davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.