CƏMİYYƏT


Hacıqabulda “Mercedes” markalı avtomobildə pul və qızıl qolbaq oğurlanıb

Bakı, 2 aprel, AZƏRTAC 

Hacıqabulda oğurluqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hacıqabul şəhəri ərazisində “Mercedes” markalı avtomobildən 250 manat pul və qızıl qolbaq oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Zərbəliyev rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş N.Əliyevin isə ətrafında Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 2 evdən pul, suqızdırıcısı və məişət əşyaları, bir həyətyanı sahədən isə velosiped oğurlaması da müəyyən edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.