REGİONLAR


Hacıqabulda arpa biçini başa çatıb

Hacıqabul, 4 iyul, Mahir Babayev, AZƏRTAC

Hacıqabulun fərdi fermer təsərrüfatlarında arpa biçini başa çatıb.

Rayon kənd təsərrüfat idarəsindən AZƏRTAC-ın bölgə müxbiri bildirib ki, ötən ilin payızında rayonda 43 min 11 hektar sahədə taxıl əkilib. Bunun 11 min 163 hektarı arpa, 31 min 848 hektarı isə buğdadır.

Biçin kampaniyasına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə arpa yığımını başa çatdırıblar. Biçin aparılan arpa sahələrindən 33 min 609 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı orta hesabla 31,1 sentnerdən çox olub.

Bir neçə gündür ki, buğda sahələrinin məhsulu yığılır. Məhsul yığımına 45 kombayn cəlb olunub və gün ərzində 600-650 hektar sahənin taxılı yığılır. Qısa müddətdə 13 min 460 hektar buğda sahəsindən 30 min 82 ton məhsul əldə olunub. Buğda sahələrinin məhsuldarlığı orta hesabla 22,4 sentnerə çatır.

Ayrı-ayrı fərdi təsərrüfatlarda məhsuldarlıq daha yüksək olub. Biçin kampaniyasını qısa müddətdə başa çatdıran Kərəmli kəndli fermer təsərrüfatının rəhbəri Naze Şahverdiyev biçin apardığı 560 hektar taxıl sahəsinin hər hektarından 45 sentner məhsul götürüb.

Rayonda taxıl biçini sürətlə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.