REGİONLAR


Hacıqabulda bağlardan indiyədək 4665 ton nar yığılıb

Hacıqabul, 30 oktyabr, Mahir Babayev, AZƏRTAC

Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda hər il yeni-yeni bağçılıq təsərrüfatları yaradılır, meyvə istehsalı artır. Təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlər hər il meyvə bağlarından 100 tonlarla məhsul istehsal edərək bazarlara çıxarır və emal müəssisələrinə göndərirlər.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1439,6 hektar meyvə bağı var. Cari təsərrüfat ilinin ötən ayları ərzində bu bağlardan 11 min 615 ton məhsul tədarük olunub. Bağbanlar ən yüksək nəticəni nar bağlarından əldə ediblər. Onlar becərdikləri 1137 hektar nar bağından bu günə kimi 4665 ton məhsul yığıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53 ton çoxdur. Bağlarda hələ məhsul çoxdur. Bundan sonra daha 100 ton nar toplanması proqnozlaşdırılır.

Qeyd edək ki, hacıqabullu bağbanlar ötən il meyvə bağlarından 10 min 927 ton məhsul toplayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.