REGİONLAR


Hacıqabulda çuğundur sahələrindən 6 min tondan çox məhsul yığılıb

Hacıqabul, 8 yanvar, Mahir Babayev, AZƏRTAC

Hacıqabulda şəkər çuğunduru sahələrində məhsul yığımı başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il “Kürdəmir süd emalı” MMC tərəfindən rayonda 117 hektar sahədə çuğundur əkilib. Məhsul istehsalçılarının “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Yığıma mütəşəkkil başlayan əkinçilər sahələrdən 6 min 520 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 55,7 sentner olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.