REGİONLAR


Hacıqabulda evakuator yük avtomobilinə çırpılıb

Hacıqabul, 17 sentyabr, Mahir Babayev, AZƏRTAC

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil magistralının rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Evakuator yolun kənarında dayanan “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə evakuatorda olan sərnişin Gəncə sakini Taleh Dünyamalıyev ağır vəziyyətdə - ayaqlarının travmatik amputasiya və travmatik şok diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.