CƏMİYYƏT


Hacıqabulda iki yük avtomobili toqquşub

Bakı, 8 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Hacıqabul rayonunun Qarasu kəndində “Kamaz” və “Mercedes” markalı iki yük avtomobili toqquşub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılmış vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “Kamaz” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.