REGİONLAR
Hacıqabulda nar bağlarının hər hektarından 76 sentner məhsul götürülür
Hacıqabul, 29 dekabr, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Bunun sayəsində də rayonda hər il yeni-yeni bağçılıq təsərrüfatları yaradılır, meyvə istehsalı artır. Təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlər hər il meyvə bağlarından 100 tonlarla məhsul istehsal edərək bazarlara çıxarır və emal müəssisələrinə göndərirlər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1610.3 hektar meyvə bağı var. Cari təsərrüfat ilinin ötən ayları ərzində bu bağlardan 13 min 909.3 ton meyvə tədarük olunub. Bağbanlar ən yüksək nəticəni nar bağlarından əldə ediblər. Onlar becərdikləri 1228 hektar nar sahəsindən bu günə kimi 9 min 324 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 76 sentner olub. Məhsul istehsalçılarının dediyinə görə, hələ nar sahələrində məhsul var və bundan sonra nar bağlarından daha 2,3 tondan çox məhsul yığmaq mümkün olacaq. Yığılan narın üçdəiki hissəsi rayonun Udulu kəndində fəaliyyət göstərən fermerlər tərəfindən tədarük edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]