Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər saxlanılıb
AzerTAg.az
Hacıqabul, 29 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə Göyçay rayon sakini Tural Mustafayev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 85 qram marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq T.Mustafayevin Göyçay rayonu ərazisində yerləşən evinə keçirilən baxış zamanı isə oradan təmiz çəkisi 410 qram marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı analoji əməllə məşğul olan Şaiq Novruzov və Niyaməddin Səfərov da saxlanılıblar. Həmin şəxslərdən heroin götürülüb.
Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.



Xəbərin mətnində orfoqrafik səhv var