REGİONLAR
Hacıqabulda ötən il 15 tondan çox bal istehsal olunub
Hacıqabul, 30 yanvar, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda arıçılığın inkişafına xüsusi diqqət yetirildiyindən rayonda arı ailələrinin sayı ilbəil artır, məhsul istehsalı çoxalır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, dövlətin arıçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək və hər arı ailəsinə görə verilən 10 manat əlavə subsidiya rayonda arı ailəsinin artırılmasına və məhsul istehsalının çoxalmasına müsbət təsir göstərir. Hazırda rayonun ayrı-ayrı arıçılıq təsərrüfatlarında 994 arı ailəsi saxlanılır. Ötən il bu arı ailələrinin hər birindən 15-18 kiloqram götürülməklə, 15 ton 904 kiloqram məhsul əldə edilib. Rayon üzrə balın yarıdan çoxu rayonun Meyniman və Ələtli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən arıçılar tərəfindən istehsal olunub.