REGİONLAR


Hacıqabulda ötən il süni mayalanma yolu ilə 2 min 343 baş buzov doğulub

Hacıqabul, 25 yanvar, Mahir Babayev, AZƏRTAC

Hacıqabulda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, mal-qara və qoyun-keçilərin baş sayını artırmaq məqsədilə mühüm layihələr həyata keçirilir ki, bu da öz növbəsində heyvandarlıq məhsulları istehsalının artmasına güclü təkan verir.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilərək artırılır, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 7 süni mayalama məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrin mütəxəssislər tərəfindən mayalandırma aparılan 2343 baş inək və düyədən 2343 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Bu da hər 100 baş inəyə 99 baş buzov düşür.

Süni mayalama yolu ilə alınan buzovlara görə maldarlara 234 min 300 manat subsidiya ödənilib.

Rayonun Qarasu kəndində fəaliyyət göstərən fermer Qabil Abdullayevin dediyinə görə süni mayalama yolu ilə alınan buzovlar rayonu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.