REGİONLAR


Hacıqabulda qısa müddətdə 31 min hektardan çox sahəyə taxıl səpilib

Hacıqabul, 10 dekabr, Mahir Babayev, AZƏRTAC 

Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, taxılçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiyaların verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını daha da artırıb. Bunun nəticəsində də rayonda taxıl istehsalı ilbəil artır, məhsuldarlıq yüksəlir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, əkinçilər cari ildə 30 min hektar sahədə biçin aparıb və sahələrdən 83 min 119 ton taxıl yığıblar. Növbəti təsərrüfat ilində daha yüksək məhsuldarlığa nail olmaq üçün rayonda səpin kampaniyasına ciddi hazırlıq işləri görülüb. Bu məqsədlə 33 min hektar sahədə keyfiyyətli şum aparılıb. Fermerlər yüksək reproduksiyalı məhsuldar toxum sortları ilə təmin ediliblər. Səpin kampaniyasının optimal müddətdə başa çatdırılması üçün lazım olan müxtəlif maşın-mexanizm, səpin aqreqatları sahibkarların ixtiyarına verilib. Məhsul istehsalçıları yaradılan şəraitdən bəhrələnərək qısa müddətdə 31 min 470 hektar sahədə səpin aparıblar ki, bunun da 22 min 864 hektarı buğda, 8 min 246 hektarı isə arpa sahələridir. Taxılçılar bundan sonra daha 1500 hektar sahəyə toxum səpmək niyyətindədirlər.

Qeyd edək ki, hacıqabullu əkinçilər, həmçinin 360 hektar sahədə yaşıl yem üçün xəsil əkini də aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.