CƏMİYYƏT


Hacıqabulda və Şirvanda narkomanlığın fəsadlarına dair maarifləndirici tədbirlər keçirilib

Bakı, 1 oktyabr, AZƏRTAC

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədilə sentyabrda “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda Hacıqabul rayonunda və Şirvan şəhərində maarifləndirmə tədbirləri keçirilib.

İşçi Qrupundan AZƏRTAC-a bildiriblər ki, maarifləndirmə tədbirləri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar reallaşdırılıb.

Tədbirlərdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər/rayon komissiyalarının üzvləri mövzu ətrafında çıxışlar ediblər. Onlar dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat veriblər.

Sonra iştirakçıları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.

Eyni zamanda, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədilə hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.