REGİONLAR


Hacıqabulda yol qəzasında 4 nəfər xəsarət alıb

Hacıqabul, 16 aprel, Mahir Babayev, AZƏRTAC

Hacıqabulda iki maşın toqquşub, dörd nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistral avtomobil yolunda qeydə alınıb. “41 BC 119” dövlət nömrə nişanlı “Mercedes” markalı maşın “Lada” markalı “K 918 MP 30” Rusiya qeydiyyat nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan ikisinə hadisə yerində yardım göstərilib, daha iki nəfər isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.