REGİONLAR


Hacıqabulda zibillikdən silah-sursat tapılıb

Hacıqabul, 22 may, Mahir Babayev, AZƏRTAC

Hacıqabulda zibillikdən silah-sursat tapılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hacıqabul rayon sakini Həsənov Orxan İlham oğlu Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək rayonun Rəncbər kəndinin məişət tullantıları atılan ərazisində içərisində silah-sursat olan 2 ədəd sellofan torba aşkar etdiyi barədə məlumat verib. Hadisə yerinə cəlb olunan əməliyyat-istintaq qrupu oradan 1 ədəd “İJ” markalı qoşalülə tüfəng, 40 ədəd 7,62 mm-lik PS avtomat patronu, 6 ədəd 12,17 mm-lik TŞK patronu, 2 ədəd fişəng, 1 ədəd tank əleyhinə qumbara, 1 ədəd RQD-5 markalı hücum qumbarası, 1 ədəd RQ-42 markalı hücum qumbarası aşkar edərək götürüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən tədqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.