REGİONLAR


Hacıqabulun taxıl sahələrində 54 kombayn işləyir

Hacıqabul, 12 iyun, Mahir Babayev, AZƏRTAC

Hacıqabulun taxıl sahələrində arpa biçininə başlanılıb. Hazırda zəmilərdə 54 kombayn işləyir. Gün ərzində 250-300 hektar sahənin taxılı biçilir. Qısa müddətdə 8 min 66 hektar sahədən 22 min 689 ton məhsul yığılıb. Biçin aparılmış arpa sahələrində məhsuldarlıq orta hesabla 28 sentner təşkil edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən ilin payızında bu ilin məhsulu üçün rayonda 36 min 933 hektar sahədə taxıl əkilib. Bunun da 11 min 8 hektarını arpa, 25 min 925 hektarını isə buğda sahəsi təşkil edir. Biçin kampaniyasına ciddi hazırlıq işləri görülüb, 54 kombayn, 170-ə yaxın maşın mexanizm baxışdan keçirilərək mülkiyyətçilərin istifadəçilərinə verilib. Əkin zamanı yüksək reproduksiyalı məhsuldar taxıl sortlarından istifadə olunması və bitkiyə aqrotexniki qaydada qulluq göstərilməsi nəticəsində istehsalçılar sahələrdən yaxşı məhsul götürürlər.

“Kərəmli” kəndli fermer təsərrüfatının rəhbəri Naze Şahverdiyev bu il 600 hektar sahədə taxıl əkib ki, bunun da 300 hektarını arpa, 300 hektarını isə buğda sahəsi təşkil edir. Fermer qısa müddətdə taxıl yığımını başa çatdırıb, sahədən 1106 ton məhsul götürüb. Hər hektarın məhsuldarlığı 31 sentner olub.

Sahələrdən məhsulun optimal müddətdə və itkisiz yığılması üçün rayon icra hakimiyyətində operativ qərargah yaradılıb. Aidiyyəti orqanların rəhbərlərinin daxil olduğu qərargahda qarşıya çıxan bütün suallara aydınlıq gətirilir, qaldırılan məsələlər yerindəcə həll olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.