Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Hadrutun azad edilməsi ordumuzun Vətən müharibəsində keçirdiyi ən uğurlu hərbi əməliyyatlardan biridir

Hadrutun azad edilməsi ordumuzun Vətən müharibəsində keçirdiyi ən uğurlu hərbi əməliyyatlardan biridir

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Hadrut qəsəbəsinin işğaldan azad olunması Cəbrayıl rayon mərkəzinin və Cəbrayıl rayonu ilə Hadrut arasındakı bir neçə kəndin düşməndən təmizlənməsindən sonra mümkün oldu. Hadrutun azad edilməsi Ordumuzun Vətən müharibəsində keçirdiyi ən uğurlu hərbi əməliyyatlardan biri hesab olunur.

Bunu hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a müsahibəsində deyib.

Hərbi ekspert bildirib ki, qəsəbənin azad edilməsindən iki gün əvvəl Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri düşmən müdafiəsinin boşluqlarından istifadə edərək onun arxasına keçib, Hadrutun ətrafında yerləşən yüksəkliklərdə mövqe qurublar. Ermənistan silahlı qüvvələri bundan cəmi bir gün sonra xəbər tutmuşdular. Onlar xəbər tutduqdan sonra isə oktyabrın 8-də səhər saatlarından Hadrut üzərinə hücum başlamışdı. Hücum zamanı həmin yüksəkliklərdə yerləşən xüsusi təyinatlılarımız həm artilleriyanı, həm pilotlu və pilotsuz aviasiyanı düşmən hədəflərinə, mövqelərinə atəşin nizamlanması tapşırıqlarını uğurla yerinə yetiriblər.

Ədalət Verdiyev vurğulayıb ki, Hadrutda erməni yalanlarına inanan yerli əhali vaxtında oradan çıxmamışdı. Lakin Azərbaycan tərəfi oradakı mülki əhalinin təhlükəsizliyinə kifayət qədər həssaslıqla yanaşaraq, onların təhlükəsiz şəkildə ərazidən çıxması üçün şərait yaratdı. Hadrutun işğaldan azad edilməsinin bir çox mühüm əhəmiyyəti var idi. Onlardan biri o idi ki, Hadrut Qarabağın dağlıq hissəsinə aiddir və dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan əsgərinin ayağı Hadrut azad olunanadək o torpaqlara dəyməmişdi. Digər tərəfdən, Hadrut üzərində son otuz ildə ilk dəfə Azərbaycan bayrağı məhz oktyabrın 9-da dalğalandı.

“Əslində düşmən Hadrut istiqamətində Azərbaycan Ordusunun hücumunu gözləmirdi. Cəbrayılın azad olunmasından sonra artıq ordumuzun hissə və bölmələri Füzuli rayonunun Əbdürrəhmanlı kəndində yerləşməklə mövqelərini həmin rayonun mərkəzinin üç kilometrinədək irəlilətməyi bacarmışdı. Belə olan halda düşmən əsas qüvvələrini Füzuli istiqamətində cəmləşdirmişdi. Amma bu, o demək deyildi ki, Hadrut tərəfi tamamilə boş qalmışdı. Bu, Ordumuzun bilərəkdən atdığı addım idi. Füzuli istiqamətinə düşmənin mühüm qüvvələrini cəlb edərək və əsas zərbəni Hadrut istiqamətinə endirərək mühüm yüksəklikləri ələ keçirməklə həm Şuşaya gedən yol, həm Füzuli, Zəngilan, Qubadlı, həm də Xocavənd istiqamətlərində ordumuzun hücumlarını genişləndirmək üçün Hadrut qəsəbəsinin ətrafındakı yüksəkliklərdən platsdarm kimi istifadə olunması çox vacib idi”, - deyə hərbi ekspert əlavə edib.

Ə.Verdiyev bildirib ki, düşmənin çoxlu sayda texnikasını məhv edən Ordumuz müxtəlif texnikalar ələ keçirməklə ondan sonrakı döyüşlərdə işğalçı orduya qarşı istifadə etdi. Hadrutun azad edilməsi Ordumuzun hücum əməliyyatları zolağını kifayət qədər genişləndirməsi ilə nəticələndi. Cəbrayıl, Füzuli, Xocavənd rayonlarında hücumun sürəti artdı. Qüvvələrimizin bir hissəsini isə Tuğ, Çanaqçı, Sığnaq, Daşaltı, Şuşa istiqamətinə yönləndirə bildik. Bu döyüş əməliyyatlarının ermənilərin qeyd-şərtsiz iddia etdiyi Qarabağın dağlıq hissəsinə daxil olan ərazinin Azərbaycanın nəzarətinə keçməsi Ermənistanın uydurduğu “Arsax” və “böyük Ermənistan” layihələrinin aradan qalxması ilə nəticələnəcəyi artıq şübhə doğurmurdu. Məhz Hadrutun azad edilməsi xalqımızın yalnız ətraf rayonları deyil, o cümlədən Qarabağın dağlıq hissəsinin də azad edilməsi uğrunda döyüşlərə və bu döyüşlərin qələbə ilə nəticələnəcəyinə ümidini artırdı”.

Ekspert qeyd edib ki, döyüş meydanında Ordumuzun qarşısında duruş gətirə bilməyən düşmən Azərbaycanın ətraf rayonlarını, mülki əhalinin yaşadığı əraziləri atəşə tuturdu. Lakin Azərbaycan xalqı bu zərbələrdən və itkilərdən sarsılmadı. Əksinə, xalqımız Prezidentimizin ətrafında daha sıx birləşdi, sarsılmaz birlik nümayiş etdirdi. İstər ölkə daxilindən, istərsə də xaricdən göndərilən məktub və müraciətlərdə müharibənin tam Qələbə əldə olunana qədər davam etməsi üçün müraciət olunurdu.

“Hadrutun azad edilməsi və orada yerləşən təminat-təchizat bazasının Azərbaycan Ordusunun nəzarətinə keçməsi cənub istiqamətindəki Ermənistan qoşunlarının ehtiyat silah-sursatla təchizatında problemlər yaratmağa başladı. Ümumiyyətlə, Hadrutun Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi Ermənistan cəmiyyətində çalxalanma yaratdı. Digər tərəfdən, bu, Ermənistan ordusunun cəbhənin digər istiqamətlərində müqavimət gücünün zəifləməsinə və ordumuzun həmin əraziləri daha az itki və yüksək sürətlə azad etməsinə şərait yaratdı”, - deyə Ə.Verdiyev vurğulayıb.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb