REGİONLAR


Hafiz Quliyev: Festivalın tədbirlərinin məşhur tarixi abidələrin önündə keçirilməsi mühüm önəm daşıyır

Şəki, 30 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Dövlət Akademik Opera və Balet Teatrı Şəkidə hər il keçirilən “İpək Yolu” beynəlxalq Musiqi Festivalında artıq bir neçə dəfə iştirak edib. Festival çərçivəsində biz indiyədək şəkili teatrsevərlərə və şəhərin qonaqlarına muğam operalarımızdan olan Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasını, “Arşın mal alan” operettasını, Müslüm Maqomayevin “Şah İsmayıl” operasını, Qara Qarayevin “Yeddi gözəl” baletini təqdim etmişik. Builki festivalda isə tamaşaçılar Üzeyir Hacıbəylinin daha bir əsərini – “Əsli və Kərəm” muğam operasını izlədilər. Bu tamaşalar 100 ildən artıqdır ki, oynanılır. İndiyə qədər bu tamaşalar istər Azərbaycanda, istərsə də xaricdə yalnız teatrların səhnələrində göstərilib. Lakin Şəki festivalının bir özəlliyi də ondadır ki, bu tamaşalar qədim memarlıq abidələrinin, “Yuxarı Karvansaray” kompleksinin həyətində açıq havada, təbii dekorlarla tamaşaçılara təqdim olunur.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Respublikanın Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev deyib.

Festivalın tədbirlərinin bir qisminin Azərbaycanın məşhur abidələrinin önündə keçirilməsinin böyük önəm daşıdığını vurğulayan Hafiz Quliyev bildirib ki, bu tədbirlər abidələrin təbliği, dünyaya tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.