REGİONLAR


Hakan Ustabaşı: Naxçıvan qədim sivilizasiyanın beşiyidir

Naxçıvan, 19 oktyabr, AZƏRTAC

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq əlaqələri mövcuddur. Bu gün ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri var.

Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində danışan mühasiblərin və auditorların VII Avrasiya forumunun Türkiyədən olan iştirakçısı Hakan Ustabaşı bildirib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında iqtisadi-ticarət, təhsil, səhiyyə, turizm, mədəniyyət, ordu quruculuğu və nəqliyyat sahələrində əlaqələr uğurla inkişaf etdirilir.

Qədim sivilizasiyanın beşiyi olan Naxçıvanla bağlı xoş təəssüratlara malik olduğunu vurğulayan Hakan Ustabaşı deyib: “Forumun başa çatması ilə əlaqədar bu maraqlı şəhərdən ayrılacağım üçün təəssüflənirəm. Naxçıvanda insanlar çox qonaqpərvərdirlər. Birgə mədəniyyətə, dilə sahib olmağımız məni sevindirir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.