DÜNYA


Hakerlər Almaniya siyasətçilərinin şəxsi məlumatlarını internetdə yayıblar

Bakı, 4 yanvar, AZƏRTAC

Haker hücumu yüzlərlə Almaniya siyasətçisinin, o cümlədən kansler Angela Merkel, Prezident Frank-Valter Ştaynmayer və sabiq daxili işlər naziri Ziqmar Qabrielin şəxsi məlumatlarının kütləvi şəkildə internetdə dərc olunması ilə nəticələnib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, hakerlər bir çox siyasətçinin və bəzi jurnalistlərin şəxsi məlumatlarını “Twitter” sosial şəbəkəsi vasitəsilə yayıblar.

Hücum Yeni il bayramı ərəfəsində baş verib və “Almaniya üçün alternativ” partiyasından başqa, Bundestaqın bütün siyasi qüvvələrinə toxunub. Burada söhbət mobil telefonların nömrələri, ünvanlar, kredit kartları barədə məlumatlar, şəxsi yazışmalar və ailə fotolarından gedir. Almaniya hökumətinin əməkdaşları arasında daxili informasiya mübadiləsi isə hücum obyekti olmayıb.

Hazırda Almaniyanın İnformasiya Təhlükəsizliyi üzrə Federal İdarəsi insidentlə bağlı təhqiqata başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.