DÜNYA


Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası parlament seçkilərinə ciddi hazırlaşır

Tbilisi, 15 iyul, AZƏRTAC

Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası cari il oktyabrın 31-də keçiriləcək parlament seçkilərinə hazırlıqlara başlayıb.

AZƏRTAC xəbər verir ki, iyulun 14-də partiyanın qurucusu və sədri Bidzina İvanişvilinin rəhbərliyi ilə hakim partiyanın iclası keçirilib.

İclasda seçkiqabağı təşviqat və seçkilərlə bağlı digər məsələlər müzakirə olunub, siyasi təşkilatın seçki qərargahı yaradılıb.

Partiyanın icraçı katibi İrakli Kobaxidze qərargahın rəhbəri təyin olunub.

Qeyd edək ki, azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsinin Marneuli rayonunda da hakim partiyanın qərargahı yaradılıb. Parlamentin azərbaycanlı deputatı Ruslan Hacıyev qərargahın rəhbəri təyin olunub.

Məlumat üçün qeyd edək ki, bu seçkilər yeni sistem üzrə keçiriləcək. Parlamentin 30 deputatı majoritar, 120 deputatı isə proporsional sistem üzrə seçiləcəklər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.