DÜNYA


Hakim partiyanın sədri: Gürcüstanda əhalinin 20 faizi yoxsulluq həddində yaşayır

Tbilisi, 11 may, AZƏRTAC

Gürcüstanda ölkə əhalisinin 20 faizi yoxsulluq həddində yaşayır. 2012-ci ildə isə bu rəqəm 30 faiz olub.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze məlumat verib.

Müxalif “Vahid Milli Hərəkat” partiyasını (VMHP) sərt tənqid edən İ.Kobaxidze deyib: “ VMHP-nın hakimiyyətdə olduğu dövrdə ölkə əhalisinin 30 faizi və ya 1 milyon 150 mini yoxsulluq həddində yaşayırdı. Lakin bu gün bu rəqəm 20 faizə və yaxud da 800 minə enib”.

Onun sözlərinə görə, bu rəqəmlər Dünya Bankının hesabatında da əksini tapıb.

“Əhalinin yoxsul təbəqəsinin sayının 350 min nəfər azalması hakim partiyanın həyata keçirdiyi islahatlar nəticəsində mümkün olub”, – deyə İ.Kobaxidze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.