SİYASƏT


Hakima El Haite: Qlobal Bakı Forumunda planetin gələcəyi üçün insanları narahat edən məsələlər müzakirə olunur

Bakı, 18 iyun, AZƏRTAC

Qlobal Bakı Forumunda dünyada baş verən siyasi hadisələrlə yanaşı, planetin gələcəyi üçün insanları narahat edən məsələlər də müzakirə olunur.

Bu sözləri IX Qlobal Bakı Forumu çərçivəsində təşkil olunmuş “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda keçirilən panel iclasda iştirak edən “Liberal Internasional”ın prezidenti Hakima El Haite AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

“Dünyada meşə sahələrinin kəskin azalması problemi bütün dünya ölkələrini narahat etməlidir. Ekoloji problemlər hər il bir qədər daha artır. Görülməsi planlaşdırılan tədbirlərin müzakirəsi davam edəcək”, - deyə “Liberal Internasional”ın prezidenti bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.