MƏDƏNİYYƏT


Hakimiyyətin formulu. Şeyxülislam Allahşükür Paşazadə

Bakı, 22 noyabr, AZƏRTAC

Rusiya televiziyasının "uzunömürlü" "Hakimiyyətin formulu" verilişinin uzun illərdir tamaşaçılar arasında çox populyar olması heç kimə sirr deyil. Onun əvəzsiz müəllifi və aparıcısı həmvətənimiz, TASS agentliyinin baş direktorunun müavini Mixail Qusmandır.

TASS agentliyindən AZƏRTAC-a bildiriblər ki, qarşıdan gələn istirahət günləri tamaşaçıları sevimli veriliş ilə yeni görüş gözləyir. Onun qəhrəmanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadədir. "Hakimiyyətin formulu" silsiləsindən növbəti film şənbə günü, noyabrın 23-də saat 00.30-da və bazar günü, noyabrın 24-də səhər saat 08.10-da "Rossiya-24" telekanalının efirində nümayiş etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.