CƏMİYYƏT


Hakimliyə namizədlərdən 109 nəfərin yekun müsahibədə iştirakı ilə bağlı qərar qəbul olunub

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin müasir beynəlxalq standartlar səviyyəsində, tam şəffaf şəraitdə seçilməsi prosesi davam edir.

Hakimlərin Seçki Komitəsindən AZƏRTAC-a bildiriblər ki, test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan keçərək, bir il müddətində davam edən tədris kursunu, məhkəmələrdə stajkeçməni başa vurmuş və tədrisin yekunu üzrə yazılı imtahanı vermiş 123 nəfər hakimliyə namizədin peşə hazırlığının yoxlanılması məqsədilə şifahi imtahan təşkil olunub.

Hakimlərin Seçki Komitəsinin iclasında şifahi imtahanın nəticələri müzakirə edilib, 109 namizədin növbəti mərhələdə - yekun müsahibədə iştirakı ilə bağlı qərar qəbul olunub.

Həmin namizədlərin siyahısı Məhkəmə-Hüquq Şurasının internet səhifəsində (jlc.gov.az) yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.