MƏDƏNİYYƏT


Halil Kahraman: İkinci Qarabağ müharibəsində çox dəhşətli hadisələrin şahidi olduq

Bakı, 21 iyun, Xəyalə Cəfərova, AZƏRTAC

Türkiyədən Azərbaycana ezam olunduq. Müharibənin qaynar nöqtələrində çəkilişlər etdik. Çox dəhşətli hadisələrin şahidi olduq. Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdədə, Gəncədə, Tərtərdə günahsız, sivil insanlar həyatını itirdi. Bizim məqsədimiz erməni terrorunu bütün dünyaya göstərmək idi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İkinci Qarabağ müharibəsində çəkilişlər aparan "CNN-Türk" kanalının operatoru Halil Kahraman deyib.

Azərbaycan xalqının 30 illik ağrı-acısını Ağdam, Şuşa, Füzuli və Cəbrayılı gördükdən sonra tam anladığını söyləyən H.Kahraman deyib: “Azərbaycanın 30 illik həsrətinin sonuna - Zəfər gününə sizlərlə birlikdə şahid olmağımıza çox xoşbəxtəm. Sizlərin yurdunuza olan həsrətinizi o torpaqlara ayaq basdığım andan bir daha hiss etdim. İnşallah, tezliklə qaçqınlarınız evlərinə qayıdarlar. Allah türk millətinə bir də belə acılar yaşatmasın”.

Qeyd edək ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” filminin çəkilişlərinə başlanıb. Bu ekran əsərində "CNN-Türk" kanalının operatoru Halil Kahramanın müharibə dövründə çəkdiyi kadrlardan da geniş istifadə olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.