ELM VƏ TƏHSİL


Halit Eren: “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu region üçün əlamətdar hadisədir VİDEO

Bakı, 11 iyul, AZƏRTAC

“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu nəinki Azərbaycan, bütün region üçün əlamətdar hadisədir. Əminəm ki, simpoziumda çox dəyərli işlər görüləcək və bu sahədə gələcək elmi-tədqiqat işlərinin proqramları müəyyən ediləcək.

Bu fikri AZƏRTAC-a müsahibəsində İstanbulda fəaliyyət göstərən İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin Baş direktoru Halit Eren söyləyib. O bildirib ki, beynəlxalq tədbirə dünyanın müxtəlif ölkələrindən elm adamları qatılıblar. Simpoziumda mövzu ilə bağlı edilən məruzələr kitab halında nəşr olunub, elm aləminə təqdim ediləcək.

Rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə danışan Halit Eren qeyd edib ki, elmi mərkəzdə İslamın tarixi, bəşər sivilizasiyasına verdiyi töhfələr və bəşər tarixində oynadığı rol haqqında tədqiqat işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.