ELM VƏ TƏHSİL


“Halliburton” şirkəti Bakı Ali Neft Məktəbinin məzunlarından razıdır

Bakı, 5 noyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) ABŞ-ın transmilli şirkəti “Halliburton”un Azərbaycandakı nümayəndəliyinin insan resursları departamentinin təlim üzrə koordinatoru Vüsalə Əkbərova və şirkətdən olan digər nümayəndələrlə görüş keçirilib. Görüş məktəbin yuxarı kurs tələbələri üçün təşkil edilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Elmar Qasımov “Halliburton” şirkəti ilə əməkdaşlığından razı olduğunu və BANM-in ötənilki məzunlarından 3 nəfərin bu şirkətdə çalışdığını bildirib.

“Halliburton” şirkətinin BANM-in məzunlarından razı qaldığını bildirən Vüsalə Əkbərova rektora görüş üçün təşəkkür edib. Daha sonra V.Əkbərova tələbələrə “Halliburton” şirkətinin tarixi, məqsədi və təhlükəsizlik prinsiplərindən danışıb. İnsan resursları departamentinin məsul əməkdaşı Əfşan Mehdiyeva isə CV-nin yazılması, müsahibənin növləri, karyera qərarlarını vermək haqqında təqdimatla çıxış edib. Təqdimat boyunca tələbələrin sualları cavablandırılıb.

“Halliburton” şirkətinin tamamlama mühəndisləri Ramilə Abbasova və BANM-in məzunu Fəhmin Hüsüzadə şirkət haqqında öz təəssüratlarını tələbələrlə paylaşıb və gördükləri işlər haqqında məlumat veriblər.

Görüşdə, həmçinin BANM-in ilk məzunlarından olan və hazırda “Halliburton” şirkətində mühəndis vəzifəsində çalışan Ceyhun Fərəcli, şirkətdə xidmət sahəsi üzrə qrupun rəhbəri Sadiq Hüseynov və sementləşmə departamentinin texniki mütəxəssisi Fərid İsazadə tələbələr qarşısında təqdimatla çıxış ediblər.

Tədbirdə rektor E.Qasımov BANM-in tələbələrinin peşəkar inkişafına və karyeralarında verdiyi dəstəyə görə “Halliburton”un Azərbaycandakı nümayəndəliyinin insan resursları departamentinin təlim üzrə koordinatoru Vüsalə Əkbərovaya “Ali məktəbin fəxri qonağı” plaketini təqdim edib.

Qonaqlar BANM-in laboratoriyaları, idman kompleksi və tədris mərkəzləri ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.