ELM VƏ TƏHSİL


“Halliburton” şirkətinin nümayəndələri UFAZ-da

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycan-Fransız Universitetində (UFAZ) “Halliburton” şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Qraem Taylor və insan resursları üzrə biznes meneceri Vüsalə Əkbərova ilə əməkdaşlıq, tələbələr üçün təcrübə və karyera imkanları barədə müzakirələr aparılıb.

Bu barədə AZƏRTAC-a UFAZ-dan məlumat verilib.

Müzakirə zamanı UFAZ-ın icraçı direktoru Vazeh Əskərov, Baş katibi Yelizaveta Bydanova, ADNSU-nun beynəlmiləlləşmə üzrə rektor müşaviri Lətifə Nəsibova qonaqlara universitetdə tədris prosesi, tədqiqat və elmi sahədə əməkdaşlıq haqqında məlumat veriblər.

Sonra UFAZ-ın kimya proqramı üzrə koordinatoru Maksim Florent, kimya fənni üzrə laborantı Narınc Tağıyeva “Halliburton” şirkətinin nümayəndələrini kimya mühəndisliyi, analitik kimya və fizika laboratoriyaları ilə tanış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.