İDMAN
Hamburq Qran-Prisi: Birinci turda Teymur Rəcəbovun rəqibi Daniel Dubov olacaq
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 5-də Hamburqda FIDE Qran-Prisinin üçüncü mərhələsinin birinci turuna start veriləcək.
AZƏRTAC xəbər verir ki, dünyanın 16 ən güclü şahmatçısının qatıldığı turnirdə Azərbaycanı Teymur Rəcəbov təmsil edir. Birinci turda şahmatçımızın rəqibi rusiyalı Daniel Dubov olacaq.
Hamburq Qran-Prisi Teymur Rəcəbovun dünya kuboku turnirindən sonra iştirak etdiyi birinci yarışdır. Təmsilçimiz Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kuboku turnirinin qalibi olub. O, eyni zamanda, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.
Dörd mərhələdən ibarət FIDE Qran-Prisində ümumilikdə 21 şahmatçı gücünü sınayır. Şahmatçıların hər biri turnirin yalnız üç mərhələsində iştirak edə bilər. Yarışın iyulun 11-24-də Riqada keçirilən əvvəlki mərhələsində Şəhriyar Məmmədyarov qalib adını qazanıb. T.Rəcəbov isə həmin mərhələdə iştirak etməyib. Qran-Pri seriyasının mayda Moskvada keçirilən birinci mərhələsində isə hər iki təmsilçimiz ilk raundda uduzduğu üçün turnirlə vidalaşmalı olub.
Qran-Pri turnirinin dekabrın 10-dan 24-dək Təl-Əvivdə keçiriləcək dördüncü mərhələsində həm Ş.Məmmədyarov, həm də T.Rəcəbov mübarizə aparacaqlar.
Qran-Pri turnirləri Olimpiya sistemi (uduzan çıxır) üzrə keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [23:21]
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
- 24.04.2024 [22:45]
Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir
- 24.04.2024 [22:07]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]