DÜNYA


Hamburq aeroportunda tətil səbəbindən 58 aviareys ləğv olunub

Bakı, 4 fevral, AZƏRTAC

Hamburq aeroportu yerüstü təminat xidmətinin tətilləri səbəbindən fevralın 4-nə planlaşdırılan 388 aviareysin 58-ni ləğv edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Verdi” həmkarlar ittifaqı Hamburq aeroportunda təyyarələrin yerüstü təminat xidmətlərinin 24 saatlıq tətilini elan edib. Hava limanının administrasiyası sərnişinləri mümkün qədər baqajsız uçmağa çağırıb. Bu barədə məlumat aeroportun rəsmi “Twitter” səhifəsində yerləşdirilib. Məlumatda, həmçinin bildirilir ki, başqa reyslər də təxirə salına və ya ləğv oluna bilər.

Xatırladaq ki, “Verdi” həmkarlar ittifaqının çağırışı ilə bundan əvvəl Almaniyanın bir sıra aeroportlarında, o cümlədən Bremen, Hamburq, Hannover, Drezden, Leypsiq, Münhen və Erfurt, Frankfurt-na-Maynda tətillər keçirilib. Tətillər səbəbindən mindən çox uçuş ləğv olunub, 300 mindən artıq sərnişinin planları pozulub.

Həmkarlar ittifaqı tələb edir ki, Almaniya aeroportlarının 16 min təhlükəsizlik xidməti əməkdaşına vahid əməkhaqqı – hər saat üçün 20 avro təyin olunsun. Hazırda isə maaş regiondan və əməkdaşın vəzifəsinə nəyin daxil olmasından asılıdır. Yanvarın sonlarında əməkhaqqının artırılması barədə razılıq əldə edilib. Lakin maaşlar tədricən artırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.