DÜNYA


Hamburq limanının 830 yaşı tamam olur

Berlin, 13 may, AZƏRTAC

Bu günlərdə Hamburq limanının 830 yaşı tamam olur.

AZƏRTAC xəbər verir ki, bayram şənlikləri münasibətilə şəhərə həm Almaniyadan, həm də başqa ölkələrdən on minlərlə turist gəlib.

Şəhər meriyasının verdiyi məlumata görə, yubiley tədbirlərinə (açıq səma altında konsertlər, festivallar, yarmarkalar) 1 milyona yaxın adam gəlib. Bayram tədbirlərinin əsas elementi gəmilərin paradı olub. Bu parad möhtəşəm atəşfəşanlıqla başa çatıb.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.