İDMAN


“Hamburq”un baş məşqçisi Bernd Hollerbax vəzifəsindən uzaqlaşdırılıb

Bakı, 13 mart, AZƏRTAC 

“Hamburq” futbol klubunun baş məşqçisi Bernd Hollerbax Bundesliqanın 26-cı turunun oyununda komandasının “Bavariya”ya (0:6) məğlubiyyətindən sonra vəzifəsindən uzaqlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, 48 yaşlı sabiq futbolçu cari il yanvarın 22-dən - Markus Gizdolun istefasından sonra komandaya rəhbərlik edib.

Mövsümün sonunadək baş məşqçi vəzifəsinə “Hamburq”un gənclərdən ibarət komandasını çalışdıran 46 yaşlı Kristian Tits təyin edilib.

Xatırladaq ki, martın 8-də “Hamburq”un prezidenti və idman direktoru klubu tərk ediblər. “Hamburq” Almaniya çempionatında 26 turdan cəmi 18 xal toplayıb. İndiyədək Bundesliqanı tərk etməyən komanda liqadan çıxma ehtimalı olanların siyahısında 17-ci yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.