SİYASƏT


Hami Aksoy: Yunanıstan Xarici İşlər naziri Dağlıq Qarabağda işğalçının kim olduğunu görməlidir

Ankara, 17 oktyabr, AZƏRTAC

Yunanıstanın Xarici İşlər naziri Nikos Dendiasın Ermənistanı ziyarət edərkən Türkiyə haqqında səsləndirdiyi sözlər və iddialar bu ölkənin Türkiyə-Yunanıstan münasibətlərində yaxşı qonşuluq, dialoq və əməkdaşlıq yerinə gərginlik yaratmaq siyasətinin üstün tutmasına dair daha bir nümunədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun mövzu ilə bağlı açıqlamasında deyib.

Açıqlamada bildirilir ki, ifadə olunan iddialar tarixi gerçəklərin üstünü örtməyəcəkdir. Yunanıstanın Anadoluda törətdiyi vəhşilikləri unutmamalı, bunun üçün təzminat ödəməyə məhkum olduğunu unutmamalı, tarixi düzgün oxumalı, əsassız fikirlərdən və türklərə qarşı düşmənçilikdən vaz keçməlidir. Bölgəmizdəki bütün problemlərin həllinin mərkəzində dayanan Türkiyə, problemlərin yaradıcısı və yaxud dəstəkləyəni isə Yunanıstandır.

Suriyada zalım Əsədi, Liviyada qiyamçı Haftəri, Dağlıq Qarabağda işğalçı Ermənistanı dəstəkləyən, Türkiyəyə qarşı fəaliyyət göstərən, PKK, PYD, FETÖ daxil olmaqla bütün terror təşkilatlarına qapılarını açan, Egey dənizini qaçqınlar üçün məzara çevirən, Egey və Aralıq dənizlərində təxribatçı siyasət yürüdən Yunanıstandır.

Yunanıstan Xarici İşlər naziri Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonda kimin işğalçı, kimin təcavüzə məruz qalan olduğunun da fərqinə varmalıdır. Beynəlxalq ictimaiyyəti Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına baxmayaraq 28 il mövcud olan qanunsuz işğala görə qınamağa dəvət edirik.

Yunanıstan yürütdüyü siyasəti dayandırmalı, Türkiyəni, bölgəni və dünyanın gerçəklərini yaxşı öyrənməlidir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.