CƏMİYYƏT


Hamilələrin COVID-19-a yoluxma ehtimalı çox olduğuna görə, onların peyvəndlənməsi vacibdir

Bakı, 26 noyabr, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) mutasiyaya məruz qaldıqca yeni ştamlar yaranır. Hamilə qadınların da COVID-19 infeksiyasının risk qrupuna daxil olduğunu nəzərə alaraq vaksinasiya prosesində aktiv iştirakları mütləqdir. Onu da qeyd edim ki, hamiləliyin 3-cü ayından sonra peyvənd olunmaq mümkündür. Hamilələr vaksin seçimində azaddırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə həkim-ginekoloq Təranə Həsənova Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) feysbuk səhifəsində canlı yayımlanan proqramında deyib.

Həkim-mütəxəssis bildirib ki, koronavirusa yoluxan hamilələrin müayinəsində daha çox rentgen üsulundan istifadə edilir: “Rentgen müayinəsi zamanı hamilələrə xüsusi qoruyucu geyim geyindirilir. Yəni, müayinə hamilələrin yalnız şüalardan mühafizəsi təmin edildikdə keçirilir. Qadınlara məsləhətim odur ki, plansız şəkildə hamilə qalmasınlar. Onlar vaksinasiya prosesindən müəyyən qədər vaxt keçdikdən və yalnız müvafiq analizlər verdikdən sonra hamilə qalmağı planlaşdıra bilərlər. Hamilələr mütləq şəkildə mütəmadi həkim nəzarətində olmalıdır. Vaksin olunmayan qadınların hamiləliyi pandemiya dövründə çətin keçə bilər, çünki onların koronavirusa yoluxma riski yüksəkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.