CƏMİYYƏT
Hamiləliyin ilk üç ayı analığa hazırlıq mərhələsidir
Bakı, 30 avqust, AZƏRTAC
Elm adamları yeni ana olmuş 20 qadının hamiləlik zamanı əhval-ruhiyyəsini araşdırıblar.
AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, tədqiqatlarda 25-39 yaş arası qadınlar iştirak ediblər. Yeni analar hamiləlik zamanı fikirlərini çəki artımına deyil, uşağın inkişafına yönəltməyə çalışdıqlarını bildiriblər. Tədqiqat iştirakçıları ilk üç ayda üzləşdikləri narahatçılıqlar barədə danışıblar. Bu aylarda halsızlıq, ürəkbulanması, yorğunluq hissinin dözülməz olduğunu bildirən respondentlər doğuş sancılarının belə bu xoşagəlməz hisslərin yanında sönük qaldığını qeyd ediblər. Tədqiqatlardan bəlli olub ki, bu hisslər qadınların fiziki hərəkətlərinə belə mənfi təsir göstərir.
Alimlər hamiləliyin ilk üç ayını analığa hazırlıq mərhələsi kimi dəyərləndiriblər. Bundan əlavə, mütəxəssislər əvvəlki fiziki görünüşünə geri dönmə təlaşının yeni analarda mənfi əhval ruhiyyənin yenidən əmələ gəlməsinə səbəb olduğunu vurğulayıblar.