Hamza Yusaf Şotlandiyanın hökumət başçısı olacaq
AzerTAg.az

Bakı, 28 mart, AZƏRTAC
Şotlandiyanın birinci naziri Nikola Sterdjen Böyük Britaniya kralı III Çarlza istefası barədə rəsmi müraciət edib.
AZƏRTAC xəbər verir ki, Nikola Sterdjen bu barədə özünün tviter hesabında yazıb.
“İstefam barədə formal məktub yazaraq “Byut-haus”u (Edinburqdakı birinci nazirin iqamətgahı) sonuncu dəfə tərk etdim. Növbəti dayanacaq – Şotlandiya parlamentidir. Burada Şotlandiyanın sayca altıncı birinci naziri Hamza Yusafa iftixarla səs verəcəyəm”, - deyə o bildirib.
Martın 17-də Şotlandiya Milli Partiyasının yeni lideri elan olunan səhiyyə naziri Hamza Yusaf regional hökumətə başçılıq edəcək. O, səsvermənin ikinci turunda seçkilərdə iştirak edən 26 min partiya üzvünün (52,1 faiz) etimadını qazanıb. Hamza Yusaf bu gün keçirilən parlament səsverməsində formal olaraq birinci nazir təyin ediləcək. O, martın 29-da and içərək Şotlandiyanın hökumət başçısı vəzifəsinin icrasına başlayacaq.
Xəbərin mətnində orfoqrafik səhv var