CƏMİYYƏT


Hande Harmançı: Azərbaycanda pandemiyaya qarşı əhəmiyyətli tədbirlər görülür

Bakı, 29 aprel, AZƏRTAC

İndiyədək yeni növ koronavirus (COVID-19) infeksiyasına dünyada 150 milyon yoluxma qeydə alınıb, 3 milyondan çox insan bu dəhşətli təhlükənin qurbanı olub.

ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı AZƏRTAC-a müsahibə verərkən COVID-19-a yoluxma ilə əlaqədar son statistikanı da xatırladıb və deyib: “Hazırda dünyanın bir çox ölkəsində COVID-19-a yoluxanların və infeksiya nəticəsində həyatını itirənlərin sayı artmaqda davam edir. Hərçənd ki, bir sıra ölkədə peyvəndin tətbiq olunmasından sonra yoluxma saylarında azalma və sabitləşmə yaranıb. Əlbəttə ki, bunlar xoş xəbərlərdir. Azərbaycanda da infeksiyaya qarşı mübarizə ilə əlaqədar olaraq əhəmiyyətli tədbirlər görülür. Bir tərəfdən əl gigiyenası, sosial məsafənin saxlanılması və maska taxılması tədbirləri, digər tərəfdən də əhali arasında peyvəndlənmə tədbirləri davam edir. Lakin bununla yanaşı, qorunma tədbirlərinə əməl olunmalıdır, çünki yeni ştamlar hər zaman meydana çıxa bilər. İndiyə qədər görülən bütün tədbirlərin hamısı birlikdə aparılmalıdır. Necə ki, soyuq havada həm papaq, həm əlcək geyinmək, həm şərf bağlamaq, həm də qalın geyinmək lazımdır, COVID-19-dan da qorunmaq üçün bunların hamısı eyni vaxtda edilməlidir - həm peyvəndləmə aparılmalı, həm otaqlar havalandırılmalı, həm də digər tibbi qaydalar ciddi şəkildə gözlənilməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.