CƏMİYYƏT


Hande Harmancı: Hazırda COVID-19-a qarşı effektiv müalicə yoxdur

Bakı, 24 noyabr, AZƏRTAC

Hazırda koronavirusa qarşı effektiv müalicə yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Ümumdünya antimikrob preparatlardan düzgün istifadəyə dair maarifləndirmə həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.

O, qrip və COVID-ə qarşı antibiotiklərdən düzgün istifadə olunmamasından narahatlığını bildirib. “Antibiotiklərdən yanlış istifadə insanlarda bu preparatlara qarşı davamlılığa gətirib çıxara bilər. Koronavirusu yüngül və orta dərəcədə keçirən xəstələrə antibiotik tövsiyə olunmur”, - deyə H.Harmancı insanların özünümüalicə ilə məşğul olmasının qarşısını almaq məqsədilə Azərbaycanda antimikrob preparatların əhaliyə sərbəst satışına qadağa qoymağı təklif edib. O, antimikrob preparatlardan düzgün istifadəyə dair əhali arasında maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini də vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.