CƏMİYYƏT


Hande Harmancı: Münaqişədən sonrakı dövrdə psixoloji məsələsinin vacibliyi artıb

Hande Harmancı: Münaqişədən sonrakı dövrdə psixoloji məsələsinin vacibliyi artıb

Bakı, 18 may, AZƏRTAC

“Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsinin təməl hədəfləri əhali arasında mental vəziyyəti yaxşılaşdırmaq və psixoloji dəstəyə əlçatanlığı artırmaqdır.

AZƏRTAC xəbər verir ki, bunu “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsinin aralıq nəticələrinə dair təqdimat mərasimində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. Onun sözlərinə görə, Qarabağ müharibəsindən sonra bu məsələnin önəmi daha da artıb. Layihə çərçivəsində ilk olaraq Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Füzuli olmaqla beş rayon seçilib və orada ilkin səhiyyə qurumlarında tibb işçilərinin psixoloji-sosial istiqamətdə təməl bilik və bacarıqlarının artırılması üçün təlimlər keçirilib.

Qeyd edib ki, layihə çərçivəsində 20 psixiatr və ilkin səhiyyə həkimindən ibarət milli təlimçi komandası yaradılıb. Milli təlimçilər üçün mhGAP üzrə beynəlxalq ekspert tərəfindən superviziyalar təşkil olunub. Hədəf rayonlarda 100-dən çox ilkin səhiyyə həkiminin psixi sağlamlıqla bağlı bilik və bacarıqları artırılıb. Təlimlərdə iştirak etmiş ilkin səhiyyə həkimlərinə milli təlimçilər tərəfindən 10 superviziya keçirilib.

Hədəf rayonlarda psixososial dəstəyin göstərilməsi məqsədilə psixoloq və sosial işçilərdən ibarət komanda yaradılıb. Ağdam Rayonlararası Ruhi-əsəb Dispanserindǝ psixoloq və sosial işçi üçün ofis quraşdırılıb. TƏBİB-in həssas əhali qrupları ilə iş üzrə 50-yǝ yaxın koordinatoru üçün "Psixososial dəstəyin təməl prinsipləri" mövzusunda təlim təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.