CƏMİYYƏT


Hande Harmancı: ilkin səhiyyə xidmətinin gücləndirilməsi layihəsini münaqişədən zərər çəkən ərazilərdə həyata keçirmək istəyirik

Bakı, 30 sentyabr, AZƏRTAC

Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF-in birgə həyata keçirəcəyi ilkin səhiyyə xidmətinin gücləndirilməsi layihəsinin yerli səhiyyə tərəfdaşları ilə müzakirəsinin əsas məqsədi Azərbaycanda 2023-cü ildən etibarən başlayacaq yeni layihənin müzakirəsidir.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

“Səhiyyə işçilərinin iş potensialının artırılması vacibdir. Layihəyə əsasən müəyyən ərazilər seçiləcək. Bu ərazilərdə infrastrukturun gücləndirilməsi, xüsusilə qeyri-yoluxucu xəstəliklərdən əhalinin qorunması və xəstəliklərin daha tez müəyyən edilməsi layihənin əsas məqsədidir”.

ÜST nümayəndəsi bildirib ki, layihə, əsasən, Azərbaycanın ucqar rayonlarında və paytaxtda həyata keçiriləcək. Buna bənzər bir digər layihə Şamaxı rayonunda həyata keçirilib və olduqca uğurlu alınıb. “Bizim əsas planımız isə daha ucqar ərazilərdə layihənin gərçəkləşdirilməsidir. Təxminən, 5 rayonda keçirməyi planlaşdırırıq. Layihəni münaqişədən zərər çəkən ərazilərdə həyata keçirmək istəyirik. Layihəyə əsasən səhiyyə işçiləri ehtiyaclara uyğun olaraq müəyyən kurslara cəlb olunacaq. Biz kurs verəcək işçilərin potensialını artırmışıq. Həkimlərin təkmilləşdirilməsi üçün Azərbaycan Tibb Universiteti ilə birgə işləyirik”, -deyə Hande Harmancı bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.