CƏMİYYƏT


Hans Kluge: Avropada meymunçiçəyi virusuna yoluxanların sayı son iki həftədə üç dəfə artıb

Bakı, 2 iyul, AZƏRTAC

“İctimai sağlamlıq üçün davam edən təhlükə və xəstəliyin sürətlə genişlənməsi səbəbindən ÜST meymunçiçəyi riskini diqqətdə saxlayır. Avropada meymunçiçəyi virusuna yoluxanların sayı son iki həftədə üç dəfə artıb və 4500-ü keçib, infeksiyanın yayılmasına qarşı təcili tədbirlər görülməlidir”.

AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla bildirir ki, bunu ÜST Avropa üzrə regional direktoru Hans Kluge deyib.

“Meymunçiçəyi virusuna yoluxanların 90 faizi Avropa regionunda qeydə alınıb. Yoluxma hallarının əksəriyyəti 21-40 yaş arası insanlardır. Onların 99 faizi kişilərdir. Xəstələrin təxminən 10 faizi müalicə və təcrid üçün xəstəxanaya yerləşdirilib. Onlardan biri reanimasiya şöbəsindədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.