Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Haqq savaşımız dövründə xalqımız bütün dünyaya öz birliyini, ruh yüksəkliyini və vətənpərvərliyini nümayiş etdirdi

Haqq savaşımız dövründə xalqımız bütün dünyaya öz birliyini, ruh yüksəkliyini və vətənpərvərliyini nümayiş etdirdi

Bakı, 7 oktyabr, AZƏRTAC

2020-ci il sentyabrın 27-də 44 günlük müharibəyə başlayan ölkəmiz, xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni və şanlı tarix yazdı. Bu müharibə və Azərbaycanın uğurları haqqında hələ uzun illər danışılacaq. Həyata keçirilən nadir hərbi əməliyyatlar, ölkəmizin nümayiş etdirdiyi XXI əsrin müharibəsi modeli hərbi ekspertlərin, uğurlu müharibəni mümkün edən şəraitə gətirib çıxaran uzaqgörən siyasi–iqtisadi yol isə siyasətçilərin müzakirə mövzusu olacaq.

Vurğulamaq lazımdır ki, ölkəmiz bu müddət ərzində işğal olunmuş torpaqlar problemini sülh yolu ilə həll etmək istəyirdi. 30 ilə yaxın müddət ərzində BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi, o cümlədən BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti tərəfindən qəbul edilən bir sıra qərarlar kağız üzərində qaldı. Problemin həlli ATƏT-in Minsk Qrupuna, boş bir quruma həvalə edilmişdi. Bu müddət ərzində ölkəmizi imitasiya xatirinə danışıqlar aparmağa çağırırdılar. Onlar bu danışıqların həmin vaxt mövcud olan status-kvonun qorunub saxlanılmasına xidmət edəcəyini düşünürdülər. Qısacası, Minsk qrupunun həmsədrlərinin fəaliyyəti birmənalı olaraq təcavüzkara xidmət edirdi. Sonra isə Ermənistanın yeni hakimiyyətinin məlum təxribat xarakterli bəyanatları danışıqları mənasız etdi. Düşmənin 2020-ci ilin iyul, avqust və sentyabr aylarında törətdiyi hərbi təxribatlar səbəbindən isə müharibə qaçılmaz oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə söyləyib.

Araz Əlizadə deyib ki, mənfur qonşularımız torpaqlarımızı işğal etdikdən sonra beynəlxalq aləmdə təcavüzkar ölkəyə qarşı heç bir təzyiq göstərilmirdi. Ermənistan silahlı qüvvələrinin işğala son qoyması və Azərbaycan torpaqlarını tərk etməsi tələb olunmurdu. Əksinə, ölkəmizdən müəyyən güzəştlər tələb edilir və ona daim təzyiqlər göstərilirdi. 2016-cı ilin Aprel döyüşləri zamanı da həmin təzyiqlər var idi. Vətən müharibəsi dövründə isə bu təzyiqlər misli görünməmiş həddə çatdı. Həmin vaxtlar müəyyən ölkələr birmənalı olaraq Ermənistana dəstək göstərirdilər. Budur beynəlxalq aləmdə hökm sürən ikili standartların, müəyyən siyasətçilərin şəxsi maraqlarını ədalətdən üstün tutmalarının bariz nümunəsi...

“Hazırda torpaqlarımız işğaldan azad edilib, regionda sülh üçün çox gözəl zəmin yaradılıb, tamamilə yeni geosiyasi reallıq meydana çıxıb. Bu reallıq dövlətimizin başçısının müdrik siyasətinin nəticəsidir. Nəticə etibarilə hazırda Azərbaycan regionun aparıcı ölkəsidir. Əzəli və əbədi torpaqlarımızın azad edilməsi nəticəsində çox əlverişli iqtisadi layihələrin reallaşdırılması üçün şərait yaranıb. Bunlardan Şimal – Cənub, Şərq – Qərb nəqliyyat dəhlizi, Zəngəzur dəhlizini nümunə göstərmək olar. Vətən müharibəsindən sonra ölkəmizin nüfuzu daha da artıb, kimsə deyə bilməz ki, Azərbaycan öz torpaqlarını azad edə bilmək iqtidarında deyil. Ölkəmiz qalib ölkə, xalqımız qalib xalqdır. Haqq savaşımız dövründə xalqımız bütün dünyaya öz birliyini, ruh yüksəkliyini və vətənpərvərliyini nümayiş etdirdi. Xalqımız milli qürur hissi qazandı, öz milli mənliyini özünə qaytardı. Zəfərdən sonra ölkəmizin qarşısında yeni çağırışlar dayanır, müharibədən sonrakı bərpaetmə dövrü başlayıb, proses uğurla və sürətli şəkildə davam edir. İşğal dövründə erməni vandalları tərəfindən şəhərlərimiz, kəndlərimiz yerlə-yeksan edilib, tarixi, mədəni, dini abidələrimiz barbarcasına dağıdılıb, təbii resurslarımız talan olunub. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında həmin ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, otuz ildən sonra öz doğma torpaqlarına qayıdacaq insanlar üçün layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində addımlar atılır”, - deyə A.Əlizadə bildirib.

Partiya sədrinin sözlərinə görə, münaqişə zamanı Qarabağ probleminə öz laqeyd və ya təcavüzkarı dəstəkləyən mövqelərini nümayiş etdirən ölkələr Vətən müharibəsindən sonra təbii olaraq regionda öz nüfuzlarını və baş verən siyasi məsələlərə təsirlərini itiriblər. Nəticədə onlar regionda öz maraqlarını təmsil edə bilmirlər. Buna baxmayaraq, həmin ölkələr sülhün tam bərqərar olmasına töhfə vermək əvəzinə məntiqsiz olaraq təcavüzkar ölkəyə dəstək verməyə çalışırlar. Onlara iqtisadi və hərbi yardım göstərirlər. Beləliklə Ermənistanda revanş xülyası ilə yaşayan qüvvələrə dəstək verir və onsuz da millətçi və faşist ideologiyasının hökm sürdüyü həmin ölkədə müharibə ab-havası yaradırlar. Erməni xalqı başa düşür ki, bu, baş verəcəyi təqdirdə Ermənistanın sonu olacaq. Onların “böyük Ermənistan” və “Miatsum” kimi ideyaları puç oldu. Bu ölkə 30 ildə heç nəyə nail ola bilmədi və hətta müstəqilliyin başlıca elementlərindən belə özünü məhrum edib. Ermənistanın çıxış yolu ölkəmizlə sülh bağlamaqda və qonşu dövlətlərlə münasibətdə əsassız ərazi iddialarının yerinə qonşuluq və əməkdaşlıq yolunu seçməkdir. Həmçinin bu gün Ermənistanda revanş hisslərini oyatmağa çalışanlar bilməlidirlər ki, ölkəmizlə münasibətləri korlamaqdansa, regionda sülhün bərqərar olmasına töhfə vermək, yeni iqtisadi əməkdaşlıq üçün yaranmış şəraitdən istifadə edərək gələcək layihələrə qoşulmaq daha məqsədəuyğundur. Seçim onlarındır: ya təcavüzkar ölkəni silahlandırmaq, yardımlar daşımaq, işğaldan azad edilmiş torpaqlarımızla sərhəd ərazilərdə mənasız hərbi təlimlər keçirərək özlərini göstərmək, ya da qonşuluq münasibətləri yolunu seçib ölkəmizlə əməkdaşlıq etmək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb