REGİONLAR


Haqq yoludur yolumuz

Naxçıvan, 16 oktyabr, AZƏRTAC

Erməni faşizmi hər zaman öz simasını göstərir. Ermənistan ordusunun yüzlərlə, minlərlə əhalinin yaşadığı şəhərlərimizi, kəndlərimizi, hətta qəbiristanlıqda dəfndə iştirak edən insanları atəşə tutması bunu bir daha göstərməklə yanaşı, onların nə qədər mənəviyyatsız və şərəfsiz olduqlarını da göstərir. Bu, həm də onu göstərir ki, qüdrətli ordumuzun qarşısında diz çökən erməni ordusunun dinc sakinləri atəşə tutmaqdan başqa çarəsi qalmayıb.

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri deyən “Tərəqqi” medallı şair-publisist Muxtar Qasımzadə bildirib ki, atəşkəs üçün ona-buna yalvaran Ermənistanın hərbi-siyasi rəhbərliyi elə humanitar atəşkəsin ilk günü 500 min əhalisi olan Gəncə şəhərini ballistik və böyük dağıdıcı gücə malik raketlərdən atəşə tutdu. Bu, onu göstərir ki, ermənilər üçün heç bir razılaşma, heç bir qanun, heç bir dəyər yoxdur. Bu gün döyüş bölgəsindən onlarla kilometr uzaqda olan yaşayış məntəqələrimizi müntəzəm olaraq atəşə tutmaları da buna sübutdur.

Muxtar Qasımzadə bildirib ki, ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması xalqımızda ruh düşkünlüyünə səbəb olmur, əksinə, düşməndən qisas almaq hissimizi daha da artırır. Qüdrətli ordumuzun əldə etdiyi zəfərlər, ard-arda kəndlərimizi azad etməsi bizə qələbə sevinci bəxş edir. Biz şairlər də bundan ilham alırıq. “Əsgər andı” şeirimdə yazdığım kimi,

Haqq yoludur yolumuz,

Yol gedirik sabaha.

Qələbədir andımız,

Bitməlidir bu dava.

“Ya Qarabağ, ya ölüm!”

Yox geriyə yol daha.

Öndə Öndər oğludur,

İlham Heydər oğludur.

İşğalçılar əzilsin,

Biz yenilməz hünərik.

Torpağımdan çəkilsin,

Tarix yazan zəfərik.

Göylərə bayraq çəkən,

Ay-ulduzlu əsgərik.

Öndə Öndər oğludur,

İlham Heydər oğludur.

Qalx, ulusal Vətənim,

Xoş sabaha gedirik.

Ucal, ucal Vətənim,

Bütöv çağa gedirik.

Əl çal, əl çal Vətənim,

Qarabağa gedirik.

Başda öndər oğludur,

İlham Heydər oğludur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.