CƏMİYYƏT


“Harper Collins” nəşriyyatı “iqlim tətilləri”ni ilin söz birləşməsi adlandırıb

Bakı, 7 noyabr, AZƏRTAC

İngilis dilinin izahlı lüğətini buraxan “Harper Collins” nəşriyyatı “climate strike” (“iqlim tətilləri”) ifadəsini 2019-cu ilin söz birləşməsi adlandırıb.

AZƏRTAC bu barədə xarici ölkə KİV-lərinə istinadla xəbər verir.

“Harper Collins”in ekspertləri ilk dəfə olaraq bu ifadədən istifadəni 2015-ci ildə, Parisdə iqlim dəyişmələri üzrə ümumdünya konfransında müşahidə ediblər. Cari ildə bu söz birləşməsi bundan əvvəlki illə müqayisədə 100 dəfə daha çox istifadə olunub.

Buna əsas səbəb dünyada populyarlıq qazanan “Global Climate Strike” aksiyası olub. Aksiyanın siması 16 yaşlı isveçli ekologiya fəalı Qreta Tunberq idi. 2018-ci ildə o, iqlim dəyişmələrinə qarşı mübarizəyə məktəb tətilləri ilə başlayıb, hər cümə günü İsveç parlamenti binası qarşısında təkcə özü – birnəfərlik piket keçirirdi. Bir çox ölkələrin tələbə və şagirdləri Qretadan nümunə götürüblər, aksiya isə bu il əhatə dairəsini daha da genişləndirib. Belə ki, sentyabrın sonlarında təkcə İtaliyada ekoloji etirazlarda 1 milyon insan - əsasən məktəbli və tələbələr iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.