İDMAN


Harri Keyn bir ay yaşıl meydanlardan kənarda qalacaq

Bakı, 15 yanvar, AZƏRTAC

İngiltərənin “Tottenhem” futbol klubunun hücumçusu Harri Keyn zədələnib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 25 yaşlı ingiltərəli futbolçu İngiltərə çempionatının 22-ci turunda “Mançester Yunayted” komandasına qarşı oyunda ayağından aldığı zədəyə görə, bir ay yaşıl meydanlardan kənarda qalacaq. Bu halda Keyn Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Borussia Dortmund” klubuna qarşı oyunda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Keyn cari mövsümdə bütün turnirlərdə keçirdiyi 31 oyuna 20 qol vurub və 5 məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.