DÜNYA


“Harri Potter”in müəllifi nevroloji xəstəxanaya 18,8 milyon dollar bağışlayıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Tanınmış İngiltərə yazıçısı, “Harri Potter” romanının müəllifi Coan Ketlin Roulinq nevroloji xəstəxanaya 15 milyon funt sterlinq (18,8 milyon dollar) bağışlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, xanım yazıçı bu məbləği gənc yaşlarında itirdiyi anasının adına yaratdığı nevroloji tədqiqat mərkəzinin hesabına köçürüb.

“Harri Potter” romanı 10 dilə tərcümə olunub və onun müəllifi bu əsərdən milyonlarla funt sterlinq qazanıb. İngiltərənin “Sunday Times” qəzetinin yazdığına görə, onun 750 milyon funt sterlinq (təxminən 925 milyon dollar) sərvəti var. Rouilnq həm də xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.