İDMAN


Hartli Formula E-də karyerasını “Porşe” komandasında davam etdirə bilər

Bakı, 3 dekabr, AZƏRTAC

“Toro Rosso” komandasının keçmiş pilotu, cari mövsümün yekunlarına əsasən Formula E-də yerini itirmiş Brendon Hartli gələcəkdə “Böyük prizlər”ə qayıtmaq niyyətində olduğunu bildirib. Bununla bərabər, 2020-ci ilə qədər yeni zelandiyalı pilotun Formula 1-ə qayıtmaq imkanı yaranacağına güman azdır.

AZƏRTAC xəbər verir ki, Hartli bunu nəzərə alaraq yaxın gələcəkdə öz karyerasını davam etdirmək üçün variantlar seçməyə başlayıb. Məsələn, “Porşe” şirkəti ilə Hartlinin danışıqlarında ciddi irəliləyiş olub. Hartli əvvəllər WEC çempionatında bu şirkətin idman şərəfini qoruyub.

“Nextgen-Auto” saytının məlumatına görə, Hartli 2019/2020-ci illər mövsümünü Formula E-də “Porşe” ilə keçirə bilər. Almaniyalı istehsalçısı üçün bu mövsüm elektrik avtomobilləri seriyasında debüt olacaq.

Belə bir məlumat da yayılıb ki, yeni zelandiyalı idmançı öz karyerasını ona artıq tanış olan WEC seriyasında “IndyCar” komandasında davam etdirməyin mümkün variantlarını nəzərdən keçirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.