İQTİSADİYYAT


Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, iclasda 2017-ci il üzrə HSŞ Hesabatının layihəsi iştirakçılara təqdim edilib. Hesabatda Azərbaycan dövlətinin hasilat sənayesi şirkətlərindən əldə etdiyi gəlirlər və hasilat şirkətlərinin dövlətə ödənişlərinin üzləşdirilməsi ilə yanaşı, ölkənin hasilat sənayesinə dair digər əhəmiyyətli məlumatlar, o cümlədən hasilat sahəsində dövlət şirkətlərinin fəaliyyəti barədə məlumatlar öz əksini tapıb.

Eyni zamanda, Benefisiar Sahiblik məlumatlarının açıqlanması üzrə layihənin icrası, HSŞ-nin dövlət qurumlarının gündəlik işinə inteqrasiyası (EIT Mainstreaming) məsələləri müzakirə olunub.

İclasda vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən Hasilat Sənayesində Şəffaflıq hesabatlılığının “Azərbaycan standartı”nın hazırlanması üzrə layihə, vətəndaş cəmiyyəti institutlarının HSŞ sisteminin yaradılması və tətbiq edilməsində iştirak səviyyəsinin müəyyənləşdirilməsi, eyni zamanda, şirkətlər tərəfindən hökumətə edilən neft, qaz və digər hasilat ödəmələri, eləcə də hökumətin şirkətlərdən aldığı bütün mövcud gəlirlər haqqında açıqlama və hesabatların 2017-ci il 5 aprel tarixli Fərmanından irəli gələn prinsip və meyarlara uyğunluğunun təhlili üzrə təqdimatlar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.